Xalq artisti, "Şərəf" və "Şöhrət"ordenli müğənni İlhamə Quliyevanın vəfatının növbəti ildönümü ərəfəsidir.
Medianews.az bildirir ki, oxu24.az bu ərəfədə Xalq artistinin mətbuat katibi olmuş və müğənni ilə qalmaqallı şəkildə yolları ayrılan, həbsxanaya düşən tanınmış jurnalist Mehriban Bəylərqızı ilə müsahibə aparıb.

Həmin müsahibədən bir hissəni təqdim edirik:
-Mehriban xanım,İlhamə Quliyevanın çox sirrini bilirdiniz?Sizə sirlərini verirdi?
-Bəli,mənimlə çox yaxın idi.Bütün həyatını,hər şeyi danışırdı mənə. Yaxın adamı kimi etibar edirdi.
-Hər şeyi deyərkən?Məsələn,övladı ilə bağlı...Ana olması ilə bağlı...Bu mövzuda danışmışdınız?
-İlhamə xanım ana olduğunu,uşaq dünyaya gətirdiyini demişdi mənə.Özü də qız uşağı.Bu haqda mediada da sonradan yazılar çıxdı.Bir dəfə İlhamə xanım mənə dedi ki,uşaq dünyaya gətirib.Həkimlər ona uşağın doğuşdan sonra öldüyünü deyiblər. Bu məsələ bir az onun özünə də qaranlıq qalmışdı. Bir dəfə də dedi ki,ikinci dəfə də ana olmaq şansı yaranıb. Amma onu xaricdə əməliyyat ediblər və qəsdən ana ola bilməməsi üçün orqanlarına toxunublar. Özü deyirdi ki,bunu düşmənləri edib ki,bir də ana ola bilməsin...Kənardan hegemon,güclü qadın kimi görünsə də,əslində çox dərdli idi,xoşbəxt deyildi,çox duyğusal idi. Amma bunu heç vaxt üzdə biruzə verməzdi.
- Bəs oğulluğu Orxan?Onunla ailədaxili münasibəti necə idi?
- Mən İlhamə xanımın yanına gələndə Orxanla münasibəti bir az sərin idi.Küsülü idilər. Sonradan onları elə mən barışdırdım. Barışıqdan sonra Orxan və ailəsi İlhamə xanımın evinə gəlib,gedirdilər. Orxan da İlhamə xanımı çox istəyirdi.Qayğısına qalırdı.
-Orxanın həyat yoldaşı ilə münasibəti necə idi İlhamə xanımın?
-Açığı Arifəni qəbul etmirdi.Deyirdi ki,mən istəyən kimi gəlin olmadı.Bəzi əsasları var idi. Orxan Arifədən ayrılıb,başqa xanımla ailə qursaydı, İlhamə xanım hər şeyi Orxana verərdi. Amma nəvəsi Ruslanı çox sevirdi.Qonaqlıqlarda,ad günlərində bir yerdə olurdular.
-İlhamə xanım onlara maddi yardım edirdi?
-O qədər də yox.Mən şəxsən görməmişəm.Amma Orxanın bəzi problemlərini həll edirdi.
-Orxandan söz düşmüşkən,iddia olunur ki,Orxan həyatda yoxdur.Nə düşünürsünüz?
-Mən də mediadan oxumuşam.Fikrimcə,həyatda yoxdur,həqiqətən...İnşallah ki,yaxşı xəbərini alarıq.

-Gələk,sizin həbsiniz məsələsinə.Məndə olan məlumata görə,4-5 nəfər tanınmış simalar Sizin həbsiniz üçün vəzifəli şəxsin evinə gediblər.Həbsinizin detalları barədə öyrənmək istəyirdim...Kim idi onlar?
- Bəli,hər şeyi açıq danışacam...
Müsahibənin tam versiyası yaxın günlərdə Oxu24.com saytında yayımlanacaq.