Əməkdar artist Rəhilə Bəndəliyeva valideynlərinin itkisi lə bağlı təsirli xatirələrini bölüşüb.
Medianews.az xəbər verir ki, "Günə Uğurla" verilişində qonaq olan sənətçi atasının son vəsiyyətini yerinə yetirdiyini açıqlayıb:
"Atam mənim nəfəsim idi. O, dünyasını dəyişəndə 36 yaşım var idi. Qalaaltına onun 64 yaşını qeyd etməyə getmişdik. Sevdiyi yeməkləri hazırlamışdım. Gördüm ki, yemir. Soruşdum ki, niyə yemək yemirsən? Cavab verdi ki, "Səndən küsərəm, soruş ki, niyə yeyə bilmirəm?". Mən bütün yolu bikef oldum. Dedik ki, gələn il də atamın 65 yaşını burada qeyd edərik. Dedi ki, "Onu siz görəcəksiniz, mən yox".
Daha sonra atam dedi ki, "Səndən bir istəyim var. Mən öləndə üstümdə “Ata Segahı” oxuyarsan". Cavab verdim ki, sən öləcəksən, mən ağlayacağam, səsim batacaq, oxuya bilməyəcəyəm. Amma dəfnə aparanda dedim ki, tabutu qaldırmayın, son arzusunu yerinə yetirəcəyəm. Həmin an mənə bir səs gəldi ki...
Valideyni itirmək çox ağırdır. Mart gələndə gözüm yolda qalır ki, atam kənddən mənə bayram payı gətirəcək. Ondan 21 gün sonra da anam dünyasını dəyişdi. Anam 10 ildir vəfat edib. Bəlkə də ondan sonra atamın yurduna cəmi 5-6 dəfə getmişəm. İtkilərim, dərdlərim çoxdur. Bu hadisələr məni bir müddət sənətdən uzaq saldı".