Noyabrın 19-u ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılova prodüser, televiziya aparıcısı Tarix Əliyevin (Tolik) verilişinə çıxacaq.
Medianews.az-ın məlumatına görə, bunu Rəqsanə İsmayılova azadlığa çıxdığı gün zəng edib ona gözaydınlığı verən Tarix Əliyevə özü bildirib.
“Tolik, bircə sənin verilişinə çıxacam. Sən çox əziyyət çəkmisən mənim üçün” deyə Rəqsanə Tarix Əliyevə gözaydınlığına görə minnətdarlığını çatdırıb və vədini elan edib.
Xatırladaq ki, xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluqda təqsirləndirilən Rəqsanə İsmayılova barəsində avqust ayında həbs qətimkan tədbiri seçilmişdi.
Məlumata görə, müğənni ilə zərərçəkənlər razılığa gələndən və Rəqsanə İsmayılova dəymiş ziyanın bir hissəsini ödəyəndən sonra həbs qətimkan tədbiri ev dustqlığı ilə əvəz olunub.