Medianews.az
Vahid Ələkbərov bu il 2,58
42 baxış

Vahid Ələkbərov bu il 2,58 milyard itirib

2025-ci ilin əvvəlindən Rusiyanın ən varlı biznesmenlərinin ümumi sərvəti 17 875 dollar artaraq 306,5 milyard dollar təşkil edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat “Bloomberg” agentliyinin “Billionaires Index” reytinqində yer alıb. 

Bununla belə, reytinqdə ilin əvvəlindən sərvəti azalan rusiyalı iş adamlarının siyahısı da yer alıb. 

Agentliyin hesablamalarına görə, bu il ərzində sərvəti ən çox azalan biznesmen “NLMK” şirkətinin direktorlar şurasının sədri Vladimir Lisin olub. Belə ki, onun kapitalı bu dövr ərzində 3,07 milyard dollar azalaraq 22,8 milyard dollarda qərarlaşıb. 

“Lukoyl”un təsisçisi, azərbaycanlı iş adamı Vahid Ələkbərovun sərvəti isə 2,58 milyard dollar enərək 22,7 milyard dollar təşkil edib. 

“Eurochem” və “SUEK”in təsisçisi Andrey Melniçenko isə 1,82 milyard dollar itirərək 18,4 milyard dollarla üçüncü pillədə yer alıb.

Bizə qoşulun