Uzun müddətdir ekranlardan uzaq qalan məşhur aktyor Necati Şaşmaz son paylaşımı ilə yenidən gündəmə düşüb.
Medianews.az xəbər verir ki, “Kurtlar Vadisi” serialında canlandırdığı Polat Alemdar obrazı ilə məşhurluq qazanan Şaşmaz, ABŞ-də keçirdiyi illərdən sonra həm ekranlardan, həm də sosial şəbəkələrdən demək olar ki, tamamilə uzaqlaşmışdı.
Lakin aktyor bu dəfə paylaşdığı yeni foto ilə böyük maraq doğurub.
Şaşmaz uzun sükutunu Ankara ziyarəti qeydi ilə yayımladığı şəkillə pozub. Onun saçındakı ağarmalar və sadə görünüşü sosial mediada geniş müzakirələrə səbəb olub. Paylaşım qısa zamanda çoxlu bəyənmə toplayıb.
Foto sosial şəbəkələrdə nostalji ab-havası yaradıb. Minlərlə izləyici məşhur aktyora “ekranlara qayıt”, “səni yenidən görmək istəyirik” kimi mesajlarla müraciət edib.

