Medianews.az
Universitetdə qətliam törətmək istəyən tələbə son anda SAXLANILDI -
479 baxış

Universitetdə qətliam törətmək istəyən tələbə son anda SAXLANILDI -

ABŞ-nin Delaver ştatında universitetdə böyük faciənin qarşısı təsadüfən – adi yol hərəkəti qaydalarının pozulması zamanı alınıb.

Medianews.az xəbər verir ki, Delaver Universitetinin 25 yaşlı tələbəsi Luqman Xan kampus polisinə qarşı silahlı hücum planlaşdırmaqda şübhəli bilindiyi üçün saxlanılıb.

Onun avtomobilində və evində aşkar edilən silah arsenalı və hücum planları təhlükənin miqyasını ortaya qoyub.

Luqmaan Khan

Hadisə Nyu Kasl dairəsində polisin Luqman Xanı yol qaydasının pozulmasına görə saxlaması ilə başlayıb. Araşdırma zamanı tələbənin avtomobilində ciddi silahlanma aşkar edilib:

• Glock .357 tapançası
• 27 ədəd patron
• 3 ədəd 27 patronlu maqazin
• Zirehli ballistik lövhələr
• Taktiki qeydlərin olduğu dəftərlər

Dəftərlərdə “silahlardan necə istifadə etmək”, polisə “yaxalanmamaq yolları” və Delaver Universiteti Polis İdarəsinin binasına giriş-çıxış planları olub.

Hadisədən sonra FTB Xanın Vilminqtondakı evinə basqın edib. Burada vəziyyətin daha ciddi olduğu üzə çıxıb.

Evdə axtarış zamanı:

• Qanunsuz olaraq tam avtomatik pulemyota çevrilmiş Glock 19
• .556 kalibrli optik nişangahlı tüfəng
• 11 uzadılmış maqazin
• Taktiki jilet və istifadə edilmiş sursat müsadirə edilib.

Prokurorluğun məlumatına görə, bu avadanlıqlar kampusa hücum üçün hazırlanıb. Delaver Universitetinin müvəqqəti prezidenti Laura Karlson təsdiqləyib ki, Luqman Xan bakalavr tələbəsidir. Hadisədən dərhal sonra onun kampuslara girişinə qadağa qoyulub və o, təhsilindən müvəqqəti uzaqlaşdırılıb.

ABŞ prokuroru vəzifəsini icra edən Julianne E. Murray bildirib ki, hüquq-mühafizə orqanlarının koordinasiyalı işi sayəsində Delaverdə “ən pis ssenari” baş vermədən qarşısı alınıb. Luqman Xan qanunsuz pulemyot saxlamaq da daxil olmaqla, bir neçə ağır federal ittihamla üzləşir. Bu ittihamların ümumi cəzası 10 ilə qədər həbs müddəti nəzərdə tutur. Hadisə ABŞ universitetlərində təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.

Medianews.az 

Bizə qoşulun