Medianews.az
Universitetdə həkranını
168 baxış

Universitetdə həkranını girov götürdü

Türkiyənin Gümüşhane Universitetində bir inzibati işçi həmkarını silahla girov götürüb.

Medianews.az xəbər verir ki, universitetdən verilən açıqlamada vəziyyət nəzarət altına alındığı bildirilib.

Hadisə Mühəndislik və Təbii Elmlər Fakültəsində baş verib. Girov götürülən qadın əməkdaş H.T. tərəfindən silahla saxlanılıb. Xəbər verildikdən sonra xüsusi təyinatlı polis əməkdaşları hadisə yerinə göndərilib.

Tələbələr və digər işçilər binadan təxliyə edildikdən sonra təhlükəsizlik qüvvələri H.T.-ni təslim olmağa razı salıblar.

Açıqlamada qeyd olunub ki, hadisə zamanı xəsarət alan olmayıb. Universitetə giriş-çıxışlar təhlükəsizlik tədbirləri çərçivəsində məhdudlaşdırılıb.

Medianews.az

Bizə qoşulun