Medianews.az
Ukraynanı nüvə silahı hazırlamaqda
34 baxış

Ukraynanı nüvə silahı hazırlamaqda günahlandırdılar

Ukrayna hökuməti Qərb ölkələrinin dəstəyi ilə nüvə silahı hazırlayır”.

Medianews.az xəbər verir ki, bu barədə Megaupload və Mega fayl paylaşma xidmətlərinin yaradıcısı Kim Dotcom kimi tanınan Kim Şmits X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"Ukrayna Böyük Britaniya və Fransanın köməyi ilə nüvə silahı hazırlayır. Bu səbəbdən sülh prosesi bu qədər uzanır", - o yazıb.

Onun sözlərinə görə, ABŞ guya baş verənlərdən xəbərdardır və Ukraynaya müştərisi kimi baxdığı üçün bilərəkdən dalana dirənir

Dotcom öz mənbələrinin adını çəkməkdən imtina etdi. "Mənbəm məxfidir. Amma düşünürəm ki, Ukrayna tezliklə nüvə sınağı keçirəcək", - o vurğulayıb.

Medianews.az

Bizə qoşulun