Vətənini tərk etməyə icazə verilən ukraynalı gənclər kütləvi şəkildə Polşaya axın edir.
Medianews.az xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsi məlumat yayıb.
Agentliyin məlumatına görə, avqustun sonundan noyabrın 24-dək Ukrayna vətəndaşlığı olan 18-22 yaş arası 121 mindən çox kişi ölkəyə gəlib.
Onlardan 62 minə yaxını Polşada qalıb və ya digər Avropa İttifaqı (Aİ) ölkələrinə gedib.
Medianews.az