Medianews.az
Ukrayna və Niderland silah
69 baxış

Ukrayna və Niderland silah istehsal edəcək

Middelburq şəhərində Niderland Kralı Villem-Aleksandr və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilib.

Medianews.az "Unikal"-a istinadla xəbər verir ki, bu barədə Zelenski öz teleqram kanalında məlumat yayıb.

"Mən Əlahəzrətə Rusiyanın genişmiqyaslı müharibəsinə qarşı dörd ildən artıq davam edən mübarizə ərzində Ukraynaya və bütün Ukrayna xalqına göstərdiyi şəxsi dəstəyə görə təşəkkür etdim", - o deyib.

Niderlanda səfəri zamanı Ukrayna lideri həmçinin Krallığın Baş naziri Rob Yettenlə də görüşüb. Tərəflər ilk növbədə təhlükəsizlik məsələlərini müzakirə ediblər.

"Ukrayna Niderlanda təhlükəsizlik sahəsində xüsusi tərəfdaşlıq sazişi formatını – bizim "Drone Deal"i təklif edib. Bu, səmanın qorunması üçün bütün imkanların kompleks inkişafına aiddir: raketlərdən, dronlardan müdafiə, REM-in (Radioelektron mübarizə) inkişafı, birgə silah istehsalı. Biz komandalara bütün detalları işləyib hazırlamaq tapşırığını verdik və bu işin başlanması haqqında sənədləri – həm "Drone Deal", həm də məhz Niderlandla ilk birgə istehsal üzrə sənədləri imzaladıq", - Zelenski deyib.

Bizə qoşulun