Medianews.az
”Eşref Rüya”nın “Nisan”ı BU SÖZLƏRİNƏ görə
86 baxış

”Eşref Rüya”nın “Nisan”ı BU SÖZLƏRİNƏ görə linç edildi

Türkiyədə məktəb hücumlarının yaratdığı dərin kədər fonunda tanınmış aktrisa Demet Özdemirin sosial media paylaşımı müzakirələrə səbəb olub.

Medianews.az xəbər verir ki, KahramanmaraşŞanlıurfa şəhərlərində baş verən və çoxsaylı insan itkisi ilə nəticələnən məktəb hücumlarından sonra ölkədə matəm ab-havası hökm sürərkən, aktrisanın bir pərəstişkarına məxsus rəqs videosunu paylaşması sosial şəbəkələrdə sərt tənqid olunub.

Tənqidlərin artmasından sonra Demet Özdemir sosial media hesabında açıqlama verərək ona qarşı başladılan “linç kampaniyası”na etiraz edib. O bildirib: “Linç kampaniyalarınızı iki dəqiqə dayandırın. Hamımız əslində nəyin vacib olduğunu bilirik. Sizin adınıza utanıram”.

Aktrisa daha sonra hadisələrin yaratdığı ağrıya da toxunaraq məktəblərin uşaqlar üçün ən təhlükəsiz məkan olmalı olduğunu vurğulayıb: “Məktəb bir evdir. Evdən sonra uşağın ən təhlükəsiz sığınacağıdır. Belə də olmalıdır. Çox kədərliyəm... Başqa sözüm yoxdur”.

Baş verən faciələrdən sonra sosial mediada televiziya məzmunlarına qarşı da reaksiyalar güclənib. Bir çox istifadəçi seriallarda yer alan zorakılıq səhnələrinin və mafiya mövzularının gənclərə mənfi təsir etdiyini iddia edərək bu cür səhnələrin məhdudlaşdırılması üçün kampaniyalar başladıb.

Hadisə və ətrafında yaranan ictimai müzakirələr davam edir.

Medianews.az

Bizə qoşulun