Medianews.az
Metroda dəhşətli anlar – son anda xilas edildi
59 baxış

Metroda dəhşətli anlar – son anda xilas edildi (VİDEO)

İstanbulda metro stansiyalarından birində baş verən hadisə sərnişinlər arasında təşvişə səbəb olub.

Medianews.az xəbər verir ki, hadisə İstanbul şəhərində Kadıköy Metro Stansiyasında qeydə alınıb.

İlkin məlumata görə, şəxsiyyəti hələ müəyyən edilməyən bir nəfər relslərə tullanaraq intihara cəhd edib.

Xoşbəxtlikdən, həmin an qatarın stansiyaya daxil olmaması faciənin qarşısını alıb. Vəziyyəti görən vətəndaşlar dərhal reaksiya verərək relslərə enib və şəxsi platformaya çıxarıblar.

Hadisə yerində olan şəxslərin çevik müdaxiləsi sayəsində mümkün faciə önlənib.

Baş verənlər ərazidə olan digər sərnişinlər tərəfindən mobil telefon kameraları ilə qeydə alınıb. Yayılan görüntülərdə vətəndaşların şəxsi xilas etmək üçün səfərbər olduğu anlar əks olunub.

Faktla bağlı araşdırma aparılır.

Medianews.az

Bizə qoşulun