Medianews.az
Türkiyədə bahalaşma -
326 baxış

Türkiyədə bahalaşma - İnflyasiya neçə faizi ötdü?

Noyabrda Türkiyədə istehlak qiymətləri 2024-cü ilin eyni ayı ilə müqayisədə 31,07 faiz artıb.

Medianews.az-ın məlumatına görə, hesabatı yayan Statistika Qurumu bildirir ki, 143 əsas mal, məhsul və xidmətin 108-də bahalaşma qeydə alınıb.

Kommunal xidmətlərdə bahalaşma 49,92 faiz, spirtli içkilər və tütün məmulatlarında 30,7 faiz, ərzaq və spirtsiz içkilərdə 27,44 faiz, geyim və ayaqqabılarda 8,99 faiz göstərilir.

Dekabrın 3-də Azərbaycan Mərkəzi Bankı 100 Türkiyə lirəsini 4 manata satır.

2021-2024-cü illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 4 manat 85 qəpiyə düşüb, 2025-ci il 4 manat 81 qəpiklə başlayıb.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun