Medianews.az
Türkiyə nəhəngləri onun üçün
74 baxış

Türkiyə nəhəngləri onun üçün yarışacaq

Ukraynalı vinger Viktor Tsiqankov “Jirona”dan Türkiyənin “Qalatasaray” klubunun maraq dairəsinə düşüb.

Publika.az xəbər verir ki, bu barədə “Legioners.ua” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, İstanbul klubu futbolçunu potensial transfer hədəfləri siyahısına daxil edib. Ukraynalının “Jirona” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Yayılan məlumatlara görə, “Jirona” ukraynalı futbolçu üçün 20 milyon avro civarında olan təklifləri nəzərdən keçirməyə hazırdır.

Cari mövsümdə Tsiqankov 12 matça çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Onunla Türkiyənin digər klubu “Fənərbağça” da maraqlanır.

Bizə qoşulun