Medianews.az
Tülkü bəsləyən kişinin görüntüləri maraq doğurdur -
338 baxış

Tülkü bəsləyən kişinin görüntüləri maraq doğurdur - VİDEO

Türkiyədə  Oğuz Karslıoğlu adlı şəxs taxtadan tikilmiş evinə gələn tülkünü əli ilə yedirtiyi anları görüntüyə alıb.

Medianews.az xəbər verir ki, Oğuz heyvana “Tilko” adını qoyub.

Təxminən bir ay əvvəl pəncərəsinin önünə gələn tülküyə əvvəlcə çörək verən O. Karslıoğlu, heyvanın zamanla ona öyrəşdiyini bildirir.

Tilko daha sonra evə daxil olub qabdan çörək, meyvə və biskvit yeyib. O.Karslıoğlu tülkünü müəyyən aralıqlarla qidalandırdığını, lakin heyvanın insanlara həddən artıq alışmaması üçün ehtiyat etdiyini deyir. O, vəhşi heyvanların təhlükəsizliyi və təbiətin qorunmasının vacibliyini vurğulayıb.

O.Karslıoğlu bildirib ki, tülkü “Sinco” adlı məşhur heyvan fiquruna ithafən “Tilko” adlandırılıb.

Medianews.az

Bizə qoşulun