Medianews.az
Trampın səhhətində problem
58 baxış

Trampın səhhətində problem yaranıb?

ABŞ Prezidenti Donald Trampın təyyarədən enişi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Onun pilləkənləri adi haldan daha ehtiyatla və ləng enməsi bəzi tərəfdarları arasında səhhəti ilə bağlı suallar yaradıb.

Milli.Az xəbər verir ki "Daily Beast" nəşri bu barədə "Amerikanı yenidən möhtəşəm edək" hərəkatının fəalı Pol Villarealın "X" platformasında paylaşdığı videoya istinad edib. Videoda Trampın enişdən əvvəl sağ ayağına bir neçə dəfə əlini vurduğu, daha sonra tutacaqlardan yapışaraq pillələri yavaş-yavaş düşdüyü görünür.

Nəşrin yazdığına görə, məhz bu görüntülər fonunda respublikaçının sağlamlıq durumu ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Təyyarədən endikdən sonra Tramp mühafizəçilərinin müşayiəti ilə avtomobilə əyləşib. Kadrlarda onun əlində içki olduğu da diqqət çəkir, bunun dietik kola olduğu ehtimal olunur.

Bizə qoşulun