Medianews.az
Trampın sağlıq durumu necədir? -
90 baxış

Trampın sağlıq durumu necədir? - Vens hər şeyi açıqladı

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Donald Trampın səhhəti haqda danışıb.

Publika.az xəbər verir ki, Vens bu barədə “Fox News”a verdiyi müsahibədə deyib. O, bildirib ki, ABŞ prezidenti Donald Tramp özünü çox yaxşı hiss edir.

"Tramp çox sağlamdır. Əgər ABŞ-ın keçmiş prezidenti Co Baydenin rəhbərliyi altında çalışsaydım, hər gün narahat olardım"”, - Vens deyib.

O, Trampın başına bir şey gələrsə, prezident postunu tutmaq barədə düşünməməyə çalışdığını bildirib. Vens həmçinin qeyd edib ki, Tramp “fövqəlbəşəri qabiliyyətə” malikdir – o, “insanları oxuya bilir”.

Vance daha əvvəl ABŞ prezidenti kimi karyerası ilə bağlı fikirlərini bildirərək demişdi ki, prezidentliyə namizədliyini yalnız Konqresdə aralıq seçkilər başa çatdıqdan sonra nəzərdən keçirəcək. Vens həmçinin ABŞ dövlət katibi Marko Rubionun da namizəd ola biləcəyini təklif edib.

Bizə qoşulun