Medianews.az
Trampın paylaşımı
67 baxış

Trampın paylaşımı müzakirə yaratdı

ABŞ Prezidenti Donald Tramp özünə məxsus “Truth Social” sosial şəbəkəsində ABŞ və İranın hərbi güclərini müqayisə edən qalmaqallı paylaşım edib.

Medianews.az bakupost.az-a istinadla xəbər verir ki, Trampın paylaşdığı fotoda iki ölkənin Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin və Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin vəziyyəti qarşı-qarşıya qoyulub.

Paylaşımda İranın sabiq Ali Lideri Seyid Əli Xameneinin öldürüldüyü, ölkənin bütün hərbi hava və dəniz güclərinin, eləcə də HHM sistemlərinin tamamilə məhv edildiyi iddia olunur. Müqayisəli fotoda ABŞ ordusunun isə bütün sahələr üzrə 100% döyüş hazırlığı vəziyyətində olduğu göstərilib.

Xatırladaq ki, aprel ayından bəri tərəflər arasında kövrək atəşkəs elan olunsa da, hər iki tərəf tez-tez hərbi ritorika ilə bir-birini hədələməkdə davam edir.

Bizə qoşulun