ABŞ prezidenti Donald Tramp, ona keçmiş prezident Co Baydenlə bağlı sual verən jurnalisti axmaq adlandırıb.
Medianews.az xəbər verir ki, jurnalist, Trampdan Ağ Evdəki silahlı insidentlə bağlı şübhəli bilinən əfqan vətəndaşını yetərincə araşdırmamaqda niyə Bayden igünahlandırdığını soruşub.
Jurnalist mətbuat konfransı zamanı şübhəlinin uzun illər CIA ilə sıx əməkdaşlıq etdiyini və qüsursuz keçmiş yoxlamasından keçdiyini bildirib. Tramp həmin adamı “dəli” adlandırıb və administrasiyasının ölkəyə lazımi qaydada yoxlanılmadan daxil olan hər kəsi ölkədən qovacağını deyib.
“Əslində, sizin Ədliyyə Departamentiniz elə bu il məlumat verdi ki, Daxili İşlər Nazirliyi və FTB ABŞ-yə gələn əfqanlarla bağlı hərtərəfli yoxlama aparıb, bəs niyə bu adamın etdiklərinə görə Bayden administrasiyasını günahlandırırsınız?”, - qız soruşub.
"Onu içəri buraxdıqlarına görə! Siz axmaqsınız? Çünki o, buraya aid olmayan minlərlə başqa insanla təyyarəyə minib və siz sadəcə axmaq olduğunuz üçün suallar verirsiniz", - Ağ Ev rəhbəri cavab verib.
O, ABŞ-yə daxil olan və orada qalan insanlar üzərində tam nəzarətin təmin edilməsini milli təhlükəsizlik prioritetləri adlandırıb. “Əksəriyyət üçün onlara ehtiyacımız yoxdur”, – Amerika lideri əlavə edib.
Medianews.az