Medianews.az
Məşhur reper
69 baxış

Məşhur reper məhkəməyə verildi

Amerikalı reper Kanye Uest Hollivudun məşhur “Chateau Marmont” hotelində bir kişiyə fiziki hücum etdiyi iddiası ilə məhkəməyə verilib. 

Medianews.az “TMZ” nəşrinə istinadən xəbər verir ki, musiqiçi iki il əvvəl baş verən hadisə zamanı qarşı tərəfi döyməkdə və ona mənəvi ziyan vurmaqda ittiham olunur.

Məlumata görə, iddiaçı şəxs anonim qalmağa üstünlük verib. Onun ifadəsinə görə, hadisə zamanı Uest heç bir xəbərdarlıq etmədən onun masasına yaxınlaşıb və qəfil üzünə yumruq vurub. Zərərçəkmiş iddia edir ki, o, zərbənin təsirindən huşunu itirərək yerə yıxılsa da, reper ona yerdə də bir neçə zərbə endirməyə davam edib.

Xatırladaq ki, bu, ulduz reperin adının qarışdığı ilk zorakılıq hadisəsi deyil. Təxminən bir il əvvəl – 2024-cü ilin aprelində reper həyat yoldaşı Bianka Sensoriyə toxunduğu iddiası ilə tanınmış iş adamları Mark və Conni Hyuston qardaşlarından birini vurmuşdu. Lakin sonradan müşahidə kameralarının görüntüləri qadına qarşı heç bir hücumun olmadığını, əkiz qardaşlardan birinin təsadüfən onunla toqquşduğunu üzə çıxarmışdı.

Bizə qoşulun