"Nikolas Maduro hər hansı hərəkət etməkdə tamamilə sərbəstdir, lakin "sərt oynamaq" qərarı onun sonu olacaq".
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı bildirib.
ABŞ lideri Venesuela prezidentini siyasi səhvə yol verməməyə çağırıb:
"Maduro istədiyini edə bilər. ABŞ-nin indiyə qədər sahib olduğu ən nəhəng armadası var. Əlbəttə ki, Cənubi Amerikada da güclü hərbi donanmaya malikik".