ABŞ həm beynəlxalq sularda ələ keçirilən Venesuela tankerlərinin neftini, həm də gəmilərin özlərini mənimsəməyi planlaşdırır.
"Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Florida ştatının Uest-Palm-Biç yaxınlığındakı Mar-a-Laqo malikanəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Biz onu (nefti - red.) saxlayacağıq. Strateji ehtiyatları artırmaq üçün istifadə edə bilərik. Biz onu saxlayacağıq. Biz həmçinin gəmiləri də saxlayacağıq", - o deyib.
Eyni zamanda Tramp yenidən Venesuela lideri Nikolas Maduroya hədə-qorxu gəlib.
"Əgər Maduro sərtləşsə, bu, onun son sərtləşməsi olacaq", - ABŞ Prezidenti bildirib.
Dekabrın 10-da ABŞ Prezidenti Donald Tramp Venesuela neftini daşıyan sanksiyalı neft tankerinin ələ keçirildiyini elan edib və ABŞ-nin nefti özündə saxlamağı planlaşdırdığını açıqlayıb.
Dekabrın 20-də ABŞ Panama bayrağı altında üzən və Çinin neft emalı zavodlarına yanacaq tədarük edən ÇXR-in neft treyderi üçün yük daşıyan "Centuries" tankerinin ələ keçirildiyini təsdiqləyib. Bununla belə, gəmi ABŞ-nin sanksiyaları altında deyildi.
Dekabrın 21-də "Bloomberg" Panama bayrağı altında Venesuelaya üzən "Bella 1" tankerinin ələ keçirildiyini bildirib. "The New York Times" qəzetinin məlumatına görə, ABŞ hakimiyyəti "Bella 1"in ələ keçirilməsi üçün order alıb, çünki gəmi əvvəllər İran neftinin