Medianews.az
Timsah on yaşlı oğlana
70 baxış

Timsah on yaşlı oğlana hücum etdi

İndoneziyada timsah on yaşlı oğlana hücum edib.

Medianews.az xəbər verir ki, hadisə16 dekabrda, oğlanın İnqoy çayında üzdüyü zaman baş verib.

Qəfildən bir timsah suyun üzərinə çıxıb, onu tutub suya sürüyüb.

Şahidlər xilasediciləri çağırıblar. Mütəxəssislər hadisə yerinə baxış keçiriblər və sahildə axtarışlara başlayıblar. Yaxınlıqdakı kəndlərin sakinləri axtarışlara ənənəvi uzun qayıqlarla qoşulublar.

Yırtıcının geri qayıtmasına kömək üçün yerli timsah tutucuları cəlb edilib.

Medianews.az

Bizə qoşulun