Avstraliyada çimərlikdə timsah 14 yaşlı uşağa hücum edib.
Medianews.az xəbər verir ki, hadisə şahidləri köməyinə gələrək uşağı yaxınlıqdakı yaşayış kompleksinə aparıblar.
Hücum nəticəsində oğlan ayağından və qarnından yaralar alıb. Yeniyetmə təyyarə ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti stabildir.
Qeyd olunur ki, son bir ay ərzində ərazidə ən azı dörd timsah hücumu faktı qeydə alınıb.
Medianews.az