10 fevral 2024-cü il tarixində Los-Ancelesdən Nyuarka uçan United Airlines təyyarəsi şiddətli turbulentliklə üzləşib.
Medianews.az xəbər verir ki, hadisə nəticəsində üç stüardessa və bir neçə sərnişin müxtəlif xəsarətlər alıb.
Stüardessalar onurğa sütunu, bud və fəqərə sümüyündə ciddi zədələr alıb, başlarından xəsarət görüblər.
Təyyarədəki digər sərnişinlərdən biri baş və boyun xəsarətləri alıb, bir sərnişinin qucağında olan körpə isə turbulentlik zamanı havaya qaldırılaraq tavana çırpılıb.
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının yekun hesabatı 11 fevral 2026-cı il tarixində dərc olunub. Hesabatda göstərilir ki, pilotlar uçuş planlaşdırma alətlərinə baxsalar da, turbulentlik barədə məlumat verilmişdi, lakin hava hərəkəti dispetçeri bu məlumatı United Airlines pilotlarına ötürməyib.
Müstəntiqlər bunun qəzaya səbəb olan əsas amillərdən biri olduğunu bildiriblər.
Medianews.az