Medianews.az
"Teşkilat" serialının məşhur aktrisası bu görüntüləri ilə
131 baxış

"Teşkilat" serialının məşhur aktrisası bu görüntüləri ilə gündəm oldu - VİDEO

TRT 1-in məşhur “Teşkilat” serialının altıncı mövsümündə Hilal rolunu canlandıran Rabia Soytürk bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib.

Medianews.az xəbər verir ki, gənc aktrisa Kuruçeşmedəki bir məkandan çıxarkən kameralara tuş gəlib və yaşanan xoşagəlməz anlar sosial mediada müzakirə mövzusu olub.

Məkandan çıxarkən paltarının yaxasını aşağı saldığı görülən Soytürk, müxbirlərin yaxınlaşması ilə çətin anlar yaşayıb. O, sualları cavablandırmadan sürətlə avtomobilinə yönələrək görüntülərdən yayına bilməyə çalışsa da, kameralar bu anı lentə alıb. Maşına mindikdən sonra aktrisanın tələsik paltarını düzəltməyə çalışdığı da görüntülərdə əks olunub.

Hadisə sosial mediada sürətlə yayılıb və Soytürkün cəsarətli görünüşü qısa müddətdə trendə çevrilib. İstifadəçilər aktrisanın stilinə və yaşanan məqama dair müxtəlif şərhlər yazıblar.

Rabia Soytürk isə müxbirin çəkiliş zamanı Zoom funksiyasından səhv istifadə etməsi səbəbindən çətin vəziyyətə düşdüyünü açıqlayaraq həmin anları sosial media hesabında paylaşıb.

Medianews.az

Bizə qoşulun