Təmizlik bezlərin rənginin təmizlikdə oynadığı mühüm rol çoxlarına məlum deyil.
Medianews.az xəbər verir ki, mağazalarda dəst halında satılan fərqli rəngli təmizlik bezləri sadəcə vizual gözəllik üçün deyil, ciddi gigiyenik məqsəd daşıyır.
Ekspertlərin fikrincə, materialı eyni olsa da, bezlərin rənglərinə görə ayrılması evdə çarpaz çirklənmənin və bakteriyaların (məsələn, hamamdan mətbəxə) daşınmasının qarşısını alır. Rəsmi bir beynəlxalq standart olmasa da, mütəxəssislər təmizliyi daha təhlükəsiz etmək üçün bezləri rənglərinə görə belə qruplaşdırmağı tövsiyə edirlər:
Qırmızı bezlər: Hamam otağı və tualet üçün;
Yaşıl bezlər: Mətbəx üçün;
Sarı bezlər: Şüşə və pəncərələr üçün;
Mavi bezlər: Mebellər və ümumi səthlər üçün.
Bu bölgünün əsas qaydası rənglərin özü deyil, təyin etdiyiniz sistemə evdə hər kəsin davamlı olaraq əməl etməsidir. Bu üsul təmizliyi həm daha nizamlı edir, həm də mikrob təhlükəsini minimuma endirir.
Medianews.az