Medianews.az
TƏCİLİ: Azərbaycanın onlarla xəbər saytı çökdü -
898 baxış

TƏCİLİ: Azərbaycanın onlarla xəbər saytı çökdü - SƏBƏB

Bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bir çox xəbər saytının işində ciddi fasilələr yaranıb.

Medianews.az xəbər verir ki, problem beynəlxalq internet təhlükəsizlik və şəbəkə infrastruktur şirkəti olan "Cloudflare"də baş verən kütləvi nasazlıqla əlaqələndirilir.

"Cloudflare"in infrastrukturunda yaranan texniki problem nəticəsində bir sıra platformalar əlçatmaz olub və oxucular saytların yüklənməsində çətinliklərlə üzləşiblər.

Şirkət hazırda problemin səbəblərini araşdırır və xidmətlərin tam bərpa olunması istiqamətində işlər aparılır.

Bizə qoşulun