Medianews.az
TƏBİB WUF13 üçün gücləndirilmiş rejimə keçdi -
107 baxış

TƏBİB WUF13 üçün gücləndirilmiş rejimə keçdi - FOTOLAR

Ümumdünya Şəhərsalma Forumunda (WUF13) əsas diqqət yetirilən məsələlərdən biri də tibbi xidmətin operativ və fasiləsiz təşkili olub. Bu istiqamətdə xüsusi hazırlıq işləri görülüb. 

Medianews.az xəbər verir ki, forum ərazisində fəaliyyət göstərən təcili tibbi yardım xidmətinin operativ təşkili iştirakçılar tərəfindən müsbət qiymətləndirilib və ən çox bəyənilən məqamlardan biri olub.

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xidmətlərin fasiləsiz təşkili təmin olunub. Dörd tibb müəssisəsi, o cümlədən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

WUF13 çərçivəsində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən növbəlilik əsasında 75 briqada və 35 təcili tibbi yardım avtomobili ayrılıb. 

Müşfiqə Bayramova
Medianews.az

Bizə qoşulun