Medianews.az
Tayvandakı bu görüntü
71 baxış

Tayvandakı bu görüntü gündəm oldu – VİDEO

Tayvanda, dağların üzərindəki nadir yaşıl meteorun görüntüsü gündəm olub.

Medianews.az xəbər verir ki, video What's The Jam tərəfindən yayımlanıb.

16 dekabrda Taytung qraflığındakı dağların üzərindən kameraya kosmik obyekt çəkilib. Qraflığın nəqliyyat və turizm departamentinin direktoru Pu Minq-çenq bildirib ki, kameralar gecə səmasında Veneradan daha parlaq meteorları ifadə edən bir bolidi qeydə alıb. Rəsmi məlumata görə, bolidin adi meteorlardan daha parlaq olması onları hətta gündüzlər belə görünən edir.

Tayvan üzərindən uçan bolid kimyəvi tərkibinə görə yaşıl rəngdə parıldayırdı. Tipik olaraq, bolidlərin parlaq yaşıl rəngi çox miqdarda maqnezium və ya nikeldən qaynaqlanır. Minq-çenq qeyd edib ki, 16 dekabrda düşən bolid olduqca nadir hallarda olur, çünki onlar adətən yalnız aydın gecələrdə görünür. Lakin bu dəfə kosmik obyekt sıx buludları işıqlandırarkən görünüb.

Bölgə sakinləri bildiriblər ki, gecə səma güclü yaşıl işıqla işıqlandırılıb, lakin heç kim dəqiq nə baş verdiyini anlaya bilməyib.

Medianews.az

Bizə qoşulun