Çexiyanın paytaxtı Praqada bir qadın çantasında tank əleyhinə mərmi ilə polis bölməsinə gəlib.
Medianews.az xəbər verir ki, bu barədə Çexiya Polis Departamenti məlumat yayıb.
Məlumata görə, hadisə ölkədə elan edilmiş silah amnistiyası çərçivəsində baş verib. Amnistiyaya əsasən, vətəndaşlara sahib olduqları istənilən silahı və ya sursatı izahat vermədən dövlətə təhvil verə bilərlər.
Sözügedən qadın da bu hüquqdan istifadə edərək oğlunun evində tapdığı tank əleyhinə mərmiri polisə təqdim etmək qərarına gəlib.
Polis bölməsinə daxil olduqdan sonra əməkdaşlar təhlükəsizlik məqsədilə bomba zərərsizləşdirmə qrupunu çağırıb və bina müvəqqəti olaraq boşaldılıb. Hadisə yerinə gələn mütəxəssislər mərminin artıq zərərsiz vəziyyətdə olduğunu və hər hansı təhlükə yaratmadığını müəyyən ediblər.
Hadisədən sonra polis vətəndaşlara xəbərdarlıq edərək bu cür tapıntıları şəxsən polis bölmələrinə gətirməməyi tövsiyə edib. Bildirilib ki, partlayıcı maddələrin daşınması zamanı risk daha yüksək olur və belə hallarda təcili yardım xidmətlərinə məlumat verilməlidir.
Medianews.az