Medianews.az
Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində
195 baxış

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində hökm oxundu

Külli miqdarda dələduzluq etməkdə ittiham olunan "Zamin Əmlak Agentliyi"nin əməkdaşlarının məhkəməsi başa çatıb.

Qafqazinfo.az xəbər verir ki, şirkətin direktoru Oqtay Zərbalıyev, eləcə də həmin agentliyin satış menecerləri - Orxan Əliyev və Natiq Şahmuradova hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə onlar Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə təqsirli biliniblər.

Hökmə əsasən, O. Zərbalıyevə 7 il 6 ay, N.Şahmuradova 6 il, O. Əliyevə isə 5 il həbs cəzası verilib.

Bildirilib ki, məhkəmədə 33 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Onların vətəndaşlara güzəştli şərtlərlə ipoteka vasitəsilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər verməklə 1 490 200 manat aldığı qeyd edilib.

Fotoda: Oqtay Zərbalıyev

Bizə qoşulun