Medianews.az
Tanınmış müxbir əri ilə evlərində ÖLÜ TAPILIBLAR
510 baxış

Tanınmış müxbir əri ilə evlərində ÖLÜ TAPILIBLAR

Məşhur televiziya müxbiri Kristina Çambers və həyat yoldaşı Conni Rimes ABŞ-nin Alabama ştatının Huver şəhərində yerləşən evlərində ölü tapılıblar.

Medianews.az xəbər verir ki, cütlük ailə üzvü tərəfindən huşsuz vəziyyətdə aşkarlanıb.

Çərşənbə axşamı səhər saat 09:00 radələrində qohumunun faciəli hadisəni görməsindən sonra polis əməkdaşları Highland Manor Court küçəsinin 700-cü məhəlləsinə cəlb olunublar.

Hadisə zamanı cütlüyün üç yaşlı övladının sağ olduğu bildirilib. Təcili tibbi yardım əməkdaşları hər iki şəxsin hadisə yerində həyatını itirdiyini təsdiqləyiblər.

Medianews.az

Christina Chambers/Facebook Christina Chambers

Bizə qoşulun