Medianews.az
Tanınmış aparıcı da saxlanıldı
55 baxış

Tanınmış aparıcı da saxlanıldı

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan "çirkli pulların yuyulması", "qanunsuz mərc və qumar fəaliyyəti" və "cinayətkar təşkilat yaratma" ittihamları üzrə istintaq çərçivəsində "Gain Media" şirkətinə qarşı əməliyyat keçirilib.

Əməliyyat zamanı məşhur aparıcı Okan Karacan da daxil olmaqla üç nəfər saxlanılıb.

İstintaq çərçivəsində məhkəmə qərarı ilə TMSF (Əmanətlərin Sığortalanması Fondu) GAİN Media A.Ş. və Anahat Holding daxil olmaqla ümumilikdə yeddi şirkətə qəyyum təyin edib.

Prokurorluğun açıqlamasına görə, MASAK tərəfindən hazırlanan hesabatlarda şübhəli Berkin Kayanın hesablarında mənbəyi izah olunmayan yüksək məbləğli nağd pul dövriyyəsi, xaricə iri SWIFT köçürmələri və bu vəsaitlərin qanunsuz qumar və fırıldaqçılıq fəaliyyəti ilə əlaqəli ola biləcəyi ehtimalları yer alıb.

Saxlanılan şəxslərlə bağlı hüquqi prosedurlar aparılır./Milli.az/

Bizə qoşulun