Medianews.az
Surinamda dəhşət: ata uşaqlarını və qonşularını bıçaqladı — azı 9 ölü
208 baxış

Surinamda dəhşət: ata uşaqlarını və qonşularını bıçaqladı — azı 9 ölü

Surinamın Rişelye şəhərində beşi uşaq olmaqla azı doqquz nəfər bıçaq xəsarətlərindən ölüb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, 43 yaşlı kişi həyat yoldaşı ilə mübahisə etdikdən sonra uşaqlarına, daha sonra isə qonşularına bıçaqla hücum edib.

Şübhəli şəxs hadisə yerinə gələn polis əməkdaşlarına da hücum etməyə cəhd edib və həbs olunarkən yaralanıb.

Rişelye polisi daha bir uşaq və bir yetkinin ağır yaralandığını və onların paytaxt Paramaribodakı xəstəxanada müalicə olunduğunu bildirib.\Report

Bizə qoşulun