Medianews.az
Taksi sahiblərinin nəzərinə:
69 baxış

Taksi sahiblərinin nəzərinə: Mühüm qərar...

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında dəyişikliklər olunub.

Medianews.az Oxu.Az-a istinadən verdiyi məlumata görə, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.

Qərara əsasən, avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edildikdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan birillik sığorta haqqı məbləğinin hesablanması üçün 1.5 əmsalı tətbiq ediləcək.

Qeyd edək ki, avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edilməsi dedikdə "Avtomobil nəqliyyatı haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlara uyğun olaraq, səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş icazə əsasında avtonəqliyyat vasitəsinə münasibətdə müvafiq buraxılış vəsiqəsi və buraxılış kartı olan daşıyıcılar tərəfindən hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilən sərnişin daşımaları başa düşüləcək.

Sığorta müqaviləsi bağlanarkən əks olunmuş əmsal avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumat mövcud olduğu halda tətbiq ediləcək.

Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumatın müəyyən edilməsi mümkün olmadıqda nəzərdə tutulmuş əmsalın tətbiqi sığorta müqaviləsi bağlanarkən sığortalının könüllü bəyanı əsasında həyata keçiriləcək.

* Ölkədaxili daşımalarda yeni tələblər: Gediş haqqı artırılacaq? - FOTO

Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumat müəyyən edilməsi mümkün olmadıqda və ya nəzərdə tutulmuş halda həmin məlumat sığortalı tərəfindən sığortaçıya bəyan edilmədikdə sığorta haqqı məbləğinin hesablanması üçün 1 əmsal tətbiq olunacaq.

Həmçinin müəyyən edilən hallarda tətbiq edilən sığorta haqqı üzrə dürüstləşdirmə məbləği üzrə qarşılıqlı hesablaşmaların həyata keçirilməsi məqsədilə sığortaçılar və İcbari Sığorta Bürosu arasında qüvvəyə mindiyi tarixdən ən geci 30 təqvim günü müddətində kollektiv saziş bağlanacaq.

Kollektiv sazişdə azı aşağıdakı məsələlər əhatə olunur:

- kollektiv sazişə qoşulma və ondan çıxma qaydası;

- sığorta haqqı üzrə dürüstləşdirmə məbləği üzrə sığortaçılar arasında hesablaşma qaydası;

- öhdəliklərin icra müddətləri;

- mübahisələrin həlli qaydası.

Sığortaçılar arasında aparılan hesablaşmalar nağdsız formada həyata keçiriləcək.

Bizə qoşulun