Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən sammitinin yekun bəyannaməsi qəbul edilib.
“Qafqazinfo” xəbər verir ki, bəyannamədə KTMT ölkələri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanmasına tərəfdar olduqlarını bəyan ediblər.
“Azərbaycan və Ermənistan arasında fəal dövlətlərarası dialoqu məmnunluqla qeyd edirik. Tərəflər arasında hərtərəfli nizamlanmanın və qeyd-şərtsiz sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıyıq”, - sənəddə qeyd olunub.
Xatırladaq ki, bu ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ lideri Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsi paraflanıb.