ABŞ prezidenti Donald Tramp İran daxilində fərqli qrupların mövcud olduğunu bildirərək diqqətçəkən açıqlama verib.
Medianews.az musavat.com-a istinada xəbər verir ki, Trampın sözlərinə görə, İranda həm mötədil qüvvələr, həm də dəli insanlar adlandırdığı radikal qruplar var. O bildirib ki, ölkədə daha çox hörmət edilən tərəf mötədillərdir, radikallar isə sona qədər mübarizə aparmaq istəyirlər.
ABŞ prezidenti əlavə edib ki, İran Vaşinqtonun zamanla geri çəkiləcəyini düşündüyü halda, bunun baş verməyəcəyini hesab edir.
İran düşünür ki, mən yorulacağam və ya mənə təzyiq ediləcək. Amma heç bir təzyiq yoxdur. Biz tam qələbə qazanacağıq, - deyə Tramp bildirib.