Medianews.az
SOCAR-dan işdən çıxarıldığı deyilən rəislə bağlı
94 baxış

SOCAR-dan işdən çıxarıldığı deyilən rəislə bağlı AÇIQLAMA

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinin rəisi İlkin Rəhimovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb. Bu haqda SOCAR prezidenti Rövşən Nəcəfin Əmr imzaladığı bildirilib. 

SOCAR-ın Təhlükəsizlik İdarəsindən bildirilib ki, yayılan məlumat həqiqətə uyğun deyil.

“SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi İlkin Rəhimovun vəzifədən azad edilməsi ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumat həqiqəti əks etdirmir. İlkin Rəhimov hazırda SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi kimi vəzifəsinin icrasını davam etdirir”, - məlumatda qeyd olunub./Qafqazinfo.az/

Bizə qoşulun