Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinin rəisi İlkin Rəhimovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb. Bu haqda SOCAR prezidenti Rövşən Nəcəfin əmr imzaladığı bildirilib.
SOCAR-ın Təhlükəsizlik İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, yayılan məlumat həqiqətə uyğun deyil: “SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi İlkin Rəhimov vəzifədən azad edilməsi ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumat həqiqəti əks etdirmir.
İlkin Rəhimov hazırda SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi kimi vəzifəsinin icrasını davam etdirir”.