Medianews.az
Sitrus meyvələri soyuqdəyməni necə sağaldır? -
43 baxış

Sitrus meyvələri soyuqdəyməni necə sağaldır? - CAVAB

Portağal, limon və qreypfrut təkcə dadlı meyvələr deyil, həm də orqanizmin müdafiə sistemini gücləndirən təbii vasitələrdir.

Lent.az xəbər verir ki, mütəxəssislərin fikrincə, düzgün qidalanma dərmanların yerini tuta bilməsə də, xəstəlik zamanı bədənin ən güclü müttəfiqlərindən biri ola bilər.

Klinik diyetoloq Mişel Reycer izah edir: “Qidalanma sadəcə kalori qəbul etmək deyil. Biz elə məhsullar seçə bilərik ki, onlar bədənimizin daha tez bərpa olunmasına kömək etsin”.

Xüsusilə sitrus meyvələri – portağal, limon, naringi və qreypfrut soyuqdəymə və virus infeksiyalarına qarşı mübarizədə ən təbii köməkçilər sayılır.

Onların tərkibindəki C vitamini immun sistemini stimullaşdırır, leykositlərin (ağ qan hüceyrələrinin) viruslara qarşı daha effektiv mübarizə aparmasına kömək edir və selikli qişaların sağlamlığını qoruyur.

Bu, dərman vasitəsi olmasa da, C vitamini soyuqdəymə əlamətlərini yüngülləşdirə, bərpa prosesini sürətləndirə və orqanizmin viruslara qarşı dözümlülüyünü artırmağa yardımçı ola bilər.

Bizə qoşulun