Medianews.az
Silahlı hücum:
62 baxış

Silahlı hücum: biri uşaq olmaqla 2 yaralı - FOTO

Türkiyədə üzündə qar maskası olan naməlum şəxs küçədə 19 yaşlı Emirhan Damarhan adlı gəncə atəş açıb.

Medianews.az xəbər verir ki, hadisə İstanbulun Arnavutköy rayonunda baş verib.

Qaçmağa çalışan gənc güllələrə tuş gələrək ağır yaralanıb. Həmçinin güllələrdən biri həmin an küçədə oynayan 13 yaşlı Yusuf Z.-nin qoluna dəyib.

Hadisə yerinə polis və təcili yardım çağırılıb. Yaralılar ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb. Emirhanın vəziyyətinin ağır olduğu bildirilir.

Polis qar maskalılı hücumcunun tutulması üçün genişmiqyaslı əməliyyata başlayıb.

 Medianews.az


Bizə qoşulun