Türkiyənin Şırnak vilayətinin Uludərə rayonunda İraq vətəndaşı Əli Yunus Kərimin cansız bədəni qar altında tapılıb.
Medianews.az xəbər verir ki, məlumata görə, Türkiyə–İraq sərhədini qanunsuz keçməyə çalışan Əli Yunus Kərim son telefon zəngində ailəsinə güclü qar yağışı və çovğun altında qaldığını bildirib.
O, Şırnakın Uludərə rayonuna bağlı Ortasu kəndi yaxınlığında olduğunu deyib.
Bu zəngdən sonra ailəsi onunla əlaqəni itirib və vəziyyət barədə Ortasu kəndinin muxtarı Sabri Encüyə məlumat verib. Dərhal ərazidə axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Təxminən 6 saat davam edən axtarışlar nəticəsində Əli Yunus Kərimin cəsədi qar altında aşkar edilib. Meyit ilkin baxış və yarılma üçün Uludərə Dövlət Xəstəxanasına aparılıb.
Yarılma prosedurundan sonra Əli Yunus Kərimin cəsədi İraqdan gələn qohumlarına təhvil verilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Medianews.az
