Medianews.az
Səhər yuxudan oyananda özünüzü tanımayacaqsınız –
68 baxış

Səhər yuxudan oyananda özünüzü tanımayacaqsınız – ŞOK ÜSUL

Dəriyə qulluq üsullarına daha biri əlavə olunub. Sarımsaqlı yara bandı metodunun sızanaqları qısa müddətdə qurutduğu iddia olunur.

Medianews.az Musavat.com-a istinadla xəbər verir ki, bu üsul olduqca sadədir.

Əzilmiş sarımsaqdan kiçik bir parça götürülərək sızanağın üzərinə qoyulur və üstü yara bandı ilə bağlanır. Məqsəd sarımsağın gecə boyu dəri ilə təmasda qalaraq təsirini artırmasıdır. Bu üsulu sınayanlar bildirir ki, səhər oyandıqlarında sızanağın kiçildiyini və qızartının azaldığını müşahidə edirlər. Bu sürətli təsirin səbəbi isə sarımsağın güclü tərkibində gizlənir. Sarımsaq tərkibindəki allisin maddəsi sayəsində antibakterial və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Bu maddə sızanağa səbəb olan bakteriyalarla mübarizə aparmağa kömək edir və eyni zamanda iltihabın görünüşünü azaldır. Buna görə də sarımsaq uzun illərdir təbii müalicə üsullarında geniş istifadə olunur.

Bununla belə, sarımsağın birbaşa dəriyə tətbiqi müəyyən risklər daşıyır. Xüsusilə həssas dəridə yanma hissi, qızartı və qıcıqlanma yarana bilər.

Bizə qoşulun