ABŞ ordusu Şərqi Sakit Okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olduğu ehtimal edilən daha bir gəmiyə zərbə endirib.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ Cənub Komandanlığı açlıqlayıb. Komandanlığın açıqlamasında deyilir: "Kəşfiyyat gəminin Şərqi Sakit Okeanda məlum narkotik qaçaqmalçılığı marşrutu ilə hərəkət etdiyini və narkotik ticarəti üçün istifadə edildiyini təsdiqlədi". Həmçinin hücumda dörd nəfərin öldüyü bildirilib. ABŞ hərbçilərindən heç biri xəsarət almayıb.
Komandanlığın qeyd etdiyi kimi, hücumu Müdafiə naziri Pit Heqsetin göstərişi ilə "Cənubi Nizə" Birgə Əməliyyat Qrupu həyata keçirib.