Medianews.az
Sabunçuda qətl: Şübhəli saxlanıldı
105 baxış

Sabunçuda qətl: Şübhəli saxlanıldı

Martın 3-də, axşam saatlarında paytaxtın Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib.

Oxu.az xəbər verir ki, Ramana qəsəbəsində 1980-ci il təvəllüdlü Zəfər Məmmədovun üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti aşkarlanıb.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Hüseyn Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun