Medianews.az
Şabranda 5 otaqlı evdə
111 baxış

Şabranda 5 otaqlı evdə yanğın oldu

Şabran rayonunun Düz Bilici kəndində yanğın olub.

Bu barədə Medianews.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin tavanı 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizə qoşulun