Perunun keçmiş prezidenti Pedro Kastiloya "üsyan törətmək üçün plan qurma" ittihamı ilə 11 il 5 ay 15 gün həbs cəzası verilib.
Publika.az Peru mediasına istinadən xəbər verir ki, Kastilonu mühakimə edən Ali Məhkəmənin Xüsusi Cinayət Palatası prokurorun tələb etdiyi 34 illik həbs cəzasını dəyişdirib.
Kastilo "vəzifə səlahiyyətlərindən sui-istifadə" və "ictimai asayişi ciddi şəkildə pozmaq" ittihamlarından bəraət alıb. Onunla bərabər digər təqsirləndirilən şəxslər birgə 3,5 milyon dollar təzminat ödəməli olublar.
Eyni cəza Limadakı Meksika səfirliyində olan keçmiş baş nazir Betsi Çaves və keçmiş daxili işlər naziri Villi Uertaya da verilib.
