AFFA “Sabah” klubuna xəbərdarlıq edib.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb Premyer Liqanın 12-ci turunda “Şamaxı” ilə matçda tamaşaçılar tərəfindən gətirilmiş, gətirilməsi qadağan olunmamış əşyalar stadiona buraxılmamasıdır.
Federasiya əşyalara qadağa qoyan Masazır klubunu eyni halın təkrar olunacağı halda cəzalandıracaq.
Qeyd edək ki, “Sabah” – “Şamaxı” oyununda meydan sahibləri stadiona təhlükəsizliyə təhdid yaratmayan ərzaqlar gətirdiyi halda onları stadiona buraxmamışdı. Bu da azarkeşlərin etirazına səbəb olmuşdu.