"Saatlıq iş rejiminin tətbiqi ilə bağlı artıq iki ilə yaxındır ki, müzakirələr aparılır və bu, konsepsiyada əsas istiqamətlərdən biri kimi qeyd olunub".
Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
V.Bayramovun sözlərinə görə, bu mexanizmin tətbiqi, xüsusən inkişaf etmiş ölkələrdə praktikadan keçirildiyini nəzərə alaraq, Azərbaycanda da məqsədəuyğundur:
"Mexanizm tam hazır olduqdan sonra onun tətbiqi mümkün olacaq. Müzakirələrin rəsmi səviyyədə davam etməsi Azərbaycanın saatlıq iş rejiminə keçidi planlaşdırdığını göstərir. Tətbiqin vaxtı isə mexanizmin hazır olmasından asılıdır".